featured-image-69708

Misli Premyer Liqasında 100-cü oyununu keçirən “Turan Tovuz”un futbolçusu Ayxan Hüseynova xatirə hədiyəsi təqdim olunub.

Msport.az xəbər verir ki, yubilyara 100 nömrəli formanı kubun idman və əməliyyatlar üzrə direktoru Səməd Nəsibov və baş məşqçisi Kurban Berdıyev təqdim ediblər.

“Turan Tovuz”un 26 yaşlı yarımmüdafiəçisinin yubileyi IV tura təsadüf edib. O, “Qəbələ” ilə matçın  gedişində meydana daxil olub.

Ayxan Hüseynov bu 100 qarşılaşmada 13 qola imza atıb. Premyer Liqada yalnız bir klubun formasını geyinən futbolçu “Turan Tovuz”da 100 çempionat matçına çıxan ilk oyunçu olub. O, Premyer Liqada 2022/23 mövsümündə debüt edib.

Bənzər xəbərlər