featured-image-62570

Bu gün Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulacaq.

Msport.az xəbər verir ki, son gündə 2 oyun keçiriləcək.

İlk görüş Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq. Autsayderlər zonasında qərarlaşan “Sumqayıt”la “Kəpəz” birincilərin meydanında üz-üzə gələcək. 22 xalla 8-9-cu yerləri bölüşdürən komandaların duelində qalib gələn tərəf 18 xalla sonuncu sırada gedən “Səbail”dən bir qədər də uzaqlaşmış olacaq.

Tura “Neftçi Arena”da yekun vurulacaq. Uğursuz mövsüm keçirən “Neftçi” 42 xalla dördüncü pillədə qərarlaşan “Turan Tovuz”u qəbul edəcək. Qarşılaşma öncəsi “ağ-qaralar” 27 xalla 7-ci yerdə gedir.

 

Azərbaycan Premyer Liqası

26-cı tur

10 mart (bazar ertəsi)

 

17:00. “Sumqayıt” – “Kəpəz”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elçin Məsiyev

VAR: Nicat İsmayıllı

AVAR: Teymur Teymurov

Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi: Seymur Səlimli

M.H. Sumqayıt şəhər stadionu

 

19:30. “Neftçi” – “Turan Tovuz”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Kamran Əliyev

VAR: Rauf Cabarov

AVAR: Akif Əmirəli

Hakim-inspektor: Rəhim Həsənov

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov

“Neftçi Arena”

Bənzər xəbərlər