"Turan Tovuz" "Pau"nun futbolçusunu transfer etdi - RƏSMİ
Türkiyədə təlim-məşq toplanışında olan “Turan Tovuz” heyətinə yeni futbolçu cəlb edib.
Msport.az xəbər verir ki, Qərb təmsilçisi Stiv Beusnardla anlaşıb.
“Monpelye”nin yetirməsi olan fransalı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb. 34 yaşlı futbolçu son mövsümdə Fransa Liqa 2-də “Pau” forması ilə 27 oyun keçirib. O, karyerası ərzində vətənində “Bezye” və “Ayaçço” kimi klubların formasını geyinib







