featured-image-69452

“Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib. Msport.az xəbər verir ki, Qərb klubu Xorxe Silva ilə anlaşıb.

Son olaraq Sloveniya təmsilçisi “Olimpiya”nın şərəfini qorumuş portuqaliyalı futbolçu ilə 2 illik müqavilə imzalanıb. Vətənində “Sportinq” B, “Leyşoeş” və “Pasoş Fereyra” klublarının formasını geyinmiş 29 yaşlı sağ cinah müdafiəçisi Portuqaliyanın U-18, U-19 və U-20 milli komandalarının üzvü olub.

Xorxe Silva son mövsümdə “Olimpiya”nın heyətində 48 oyun keçirib. O, UEFA Konfrans Liqasında 13, Sloveniya çempionatında 33, Sloveniya kubokunda isə 2 oyunda meydana çıxıb.

Bənzər xəbərlər