featured-image-75448

“Turan Tovuz” Azərbaycan Premyer Liqasının XIV turundan təxirə salınmış oyunda qələbə qazanıb.

Msport.az xəbər verir ki, Kurban Berdıyevin baş məşqçisi olduğu kollektiv səfərdə “Qəbələ” ilə üz-üzə gəlib.

Qəbələ şəhər stadionunda gerçəkləşən qarşılaşma qonaqların qalibiyyəti ilə yekunlaşıb – 3:0. Tovuz təmsilçisinin qollarını 9-cu dəqiqədə Alexandro Serrano, 18-ci dəqiqədə Filip Ozobiç vurub, 47-ci dəqiqədə Seydina Keyta avtoqol müəllifi olub.

Bu nəticədən sonra xallarının sayını 40-a çatdıran “Turan Tovuz” üçüncü pillədəki mövqeyini möhkəmləndirib. “Qəbələ” 15 xalla 10-cu sıradadır.

Bənzər xəbərlər