featured-image-15822

Bu gün Azərbaycan Premyer Liqasında 12-ci tura start verilib. Msport.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında “Turan Tovuz”la “Sumqayıt” üz-üzə gəlib. Tovuzda baş tutan oyunu Nicat İsmayıllı idarə edib. Qarşılaşmanın taleyini bir qol həll edib. “Turan Tovuz”un kapitanı Şəhriyar Əliyevin 88-ci dəqiqədə vurduğu qol meydan sahiblərinə 3 xal qazandırıb.

Bu turun “Kəpəz” – “Səbail” və “Zirə” – “Neftçi” matçları sabah, “Şamaxı” – “Qarabağ” və “Sabah” – “Qəbələ” oyunları isə oktyabrın 30-da keçiriləcək.

Azərbaycan Premyer Liqası
12-ci tur

28 oktyabr

“Turan Tovuz” – “Sumqayıt” 1:0
Qol: Ş.Əliyev, 88.
Hakimlər: Nicat İsmayıllı, Müslüm Əliyev, Kamran Bayramov, Emin Əliyev.
Tovuz şəhər stadionu. Saat 15:00.

Turan Tovuz: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 77. Cavid Tağıyev, 4. Şəhriyar Əliyev (k), 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Şakir Seyidov, 55. Xulu Siyanda, 17. Natan Oduva, 19. Runi Eva, 23. Okebuqvu Henri.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 14. Akif Tağıyev, 60. Səbayıl Bağırov, 39. Sadiq Quliyev, 22. Famil Camalov, 6. Turan Vəlizadə, 99. Veysəl Rzayev, 88. Faiq Hacıyev, 15. Vüsal Məsimov, 87. Nazim Həsənzadə, 9. İmeda Aşortiya, 11. Ayxan Quseynov.
Baş məşqçi: Ayxan Abbasov.
Sumqayıt: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 15. Vüqar Bəybalayev, 6. Vüqar Mustafayev, 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 18. Süleyman Əhmədov, 8. Səbuhi Abdullazadə, 9. Almir Aqanspahiç, 12. Todor Todoroski, 37. Alya Ture.
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 36. Xəyal Fərzullayev, 7. Araz Abdullayev, 17. Murad Xaçayev, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 43. Riçard Qadze, 23. Rifat Nurmuqamet, 22. Damian Daniçiç.
Baş məşqçi: Samir Abasov.

Bənzər xəbərlər