featured-image-85162

“Barselona” “Vilyarreal” üzərində əzmkar qələbədən (3:2) sonra Çempionlar Liqasındakı növbəti oyunu üçün Bakıya yola düşəcək.

Msport.az xəbər verir ki, Kataloniya təmsilçisi bu gün Bakı vaxtı ilə saat 16:00-da Josep Tarradellas hava limanından Bakıya uçacaq.

Komandanın Bakıya saat 21:10-da çatması planlaşdırılır. Prezident Joan Laportanın da yer aldığı nümayəndə heyəti Heydər Əliyev Beynəlxalq Aeroportundan “Ritz-Carlton” hotelinə yollanacaq. “Barselona” Bakıda həmin hoteldə məskunlaşacaq.

Uzun sürən (5 saat) uçuş və İspaniya ilə Azərbaycan arasındakı 3 saatlıq vaxt fərqi səbəbindən komanda bu gün məşq keçirməyəcək. Baş məşqçi Hans-Diter Flik futbolçuların sabah saat 17:00-da Bakı Olimpiya Stadionunda məşq etməsini planlaşdırıb.

Məşqdən əvvəl Flik və komandanın bir futbolçusu mətbuat konfransında iştirak edəcək.

Qeyd edək ki, “Barselona” Çempionlar Liqasının Liqa mərhələsinin beşinci turu çərçivəsində noyabrın 25-də Bakıda “Sabah”la qarşılaşacaq. Görüş Bakı Olimpiya Stadionunda saat 18:45-də başlayacaq.

Bənzər xəbərlər