“Barselona” 45 ildən sonra antirekordunu təkrarladı
“Barselona” 45 ildən sonra İspaniya çempionatındakı antirekordunu təkrarlayıb.
Msport.az xəbər verir ki, bu, Kataloniya təmsilçisinin La Liqanın XIII turunda “Vilyarreal”ı məğlub etdiyi oyunda reallaşıb.
Hazırkı ölkə çempionu matçın ilk yeddi dəqiqəsi ərzində qapısından iki qol buraxıb. Beləliklə, “Barselona” 1981-ci ilin noyabrında “Real Saraqosa” ilə keçirilən qarşılaşmadan sonra ilk dəfə çempionat görüşündə bu halla üzləşib.
Qeyd edək ki, oyun “Barselona”nın 3:2 hesablı qələbəsi ilə bitib. Kataloniya klubu hazırda 36 xalla turnir cədvəlinin lideridir.







