featured-image-85165

UEFA Çempionlar Liqasının liqa mərhələsində “Sabah”la 5-ci tur oyunu günü 19 yaş 135 günlük olacaq “Barselona”nın vingeri Lamin Yamal turnirdə 15 qola çatan ən gənc futbolçu olmaq üçün cəmi 1 qol vurmalıdır.

Msport.az xəbər verir ki, hazırkı rekord Erlinq Halanda məxsusdur.

Norveçli hücumçu 15 qol həddinə 20 yaş 126 günlük olarkən çatıb. Yamal Çempionlar Liqasında keçirdiyi son 9 oyunun 7-də fərqlənib.

Qeyd edək ki, “Sabah” – “Barselona” oyunu noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

Bənzər xəbərlər