featured-image-80720

Yeni mövsümə hazırlıqlarını Ankarada davam etdirən “Turan Tovuz” bu gün ikinci yoxlama matçına çıxacaq.

Msport.az xəbər verir ki, Kurban Berdıyevin komandası Türkiyənin “Fatih Karagümrük” klubu ilə qarşılaşacaq.

1-ci liqa təmsilçisi ilə görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, “Turan Tovuz” Ankara hazırlığı çərçivəsində artıq bir oyun keçirib. Komanda İranın U-21 yığması ilə heç-heçə edib – 1:1.

Bənzər xəbərlər