Türkiyə dünya çempionatına qələbə ilə gedir
Türkiyə millisi DÇ-2026 ərəfəsində son yoldaşlıq oyununu keçirib.
Msport.az xəbər verir ki, “ay-ulduzlular” “İnter Mayami”nin ev oyunlarını keçirdiyi “Chase Stadium”da Venesuela yığması ilə qarşılaşıb.
Venesuelanın heyətində Qlekir Mendoza 13-cü dəqiqədə hesabı açsa da, türklər əzmkar qələbə qazana biliblər – 2:1.
Vinçentso Montellanın komandasında Barış Alper Yılmaz (44-cü dəq) və Yunus Akgün (54) fərqləniblər.
Xatırladaq ki, Türkiyə millisi bundan əvvəlki oyunda Şimali Makedoniyanı 4:0 hesabı ilə məğlub edib.
“Ay-ulduzlular” dünya çempionatında ilk oyunlarını iyunun 14-də Avstraliyaya qarşı keçirəcəklər.







