Türkiyə klubu rekord transferə yaxındır
Türkiyə Super Liqasının debütantı “Çorum” klub tarixinin rekord transferini reallaşdırmağa yaxındır.
Msport.az xəbər verir ki, “qırmızı-qaralar” “Qlazqo Reyncers”in yarımmüdafiəçisi Mohammed Diomande ilə danışıqları yekunlaşdırır.
“Sky Sports”un məlumatına görə, “Çorum” 24 yaşlı futbolçu üçün Şotlandiya klubuna 5 milyon 250 min avro təklif edib.
“Çorum”un indiyə qədər ən bahalı futbolçusu 2,2 milyon avroya “Rapid”dən aldıqları rumıniyalı Andrei Borza olub.
Diomande “Reyncers”də 121 oyunda qo qol vurub və 14 məhsuldar ötürmə verib.







