Türkiyə millisinin üzvü zədələndi - 3 ay oynamayacaq
Türkiyə millisinin və “Yuventus”un futbolçusu Kenan Yıldız ağır zədə alıb.
Msport.az xəbər verir ki, o, İtaliya A seriyasının 1-ci turunda “Frozinone” ilə oyunda (1:0) zədələnib.
21 yaşlı oyunçunun sol ayağında sınıq əmələ gəlib və o, 69-cu dəqiqədə əvəzlənib.
Tibbi müayinədən sonra məlum olub ki, vinger əməliyyat olunmalıdır. Kenanın bərpası təxminən 3 ay vaxt apara bilər.







