featured-image-6011

Fransanın “Nitsa” klubu Türkiyə millisinin müdafiəçisi Ozan Kabakı transfer etmək istəyir. Msport.az “Bild”ə istinadən xəbər verir ki, “Nitsa” 22 yaşlı futbolçu üçün “Şalke”yə 6 milyon avroluq təklif irəli sürüb.

Almaniya klubu isə 8 milyon avro və üstəlik bonuslar tələb edir.

Ozanın transfer hüquqları “Şalke”yə məxsus olsa da, o, “Norviç”də icarə əsasında keçirib.

Qeyd edək ki, Helzenkirhen təmsilçisi yeni mövsümdən yenidən Almaniya Bundesliqasında mübarizə aparacaq.

Bənzər xəbərlər