Türkiyə mütəxəssis millimizin baş məşqçisi olur? – AFFA-dan açıqlama
Kenya millisinin baş məşqçisi Engin Fırat Azərbaycan yığmasının sükanı arxasına keçə bilər.
Msport.az “NTV Spor”a istinadən xəbər verir ki, AFFA türkiyəli mütəxəssislə yaxından maraqlanır.
Hətta milli assosiasiya nümayəndələrinin Fıratla görüşdüyü iddia olunub.
AFFA-dan isə Msport.az saytına bildirilib ki, adıçəkilən məşqçi ilə maraqlanmırlar: “Millimizin baş məşqçisi Canni De Byazidir. Onun noyabrın sonuna kimi müqaviləsi var və komandamızı qarşıda məsul oyunlar gözləyir”