Türkiyə- Paraqvay oyununun hakimləri açqlandı
Türkiyə millisinin DÇ-2026-da Paraqvayla oyununun hakimləri müəyyənləşib.
Msport.az xəbər verir ki, iyunun 20-də keçiriləcək görüşü Salvadordan olan İvan Barton idarə edəcək.
Ona həmyerliləri David Moran və Antonio Pupiro kömək edəcəklər. 4-cü hakim Yamaykadan Oshane Nation olacaq.
Xatırladaq ki, D qrupunda mübarizə aparan Türkiyə ilk görüşdə Avstraliyaya 0:2 hesabı ilə uduzub. Paraqvay isə ABŞ-yə məğlub olub – 1:4.







