Türkiyədə məşhur hakim döyüldü
“Ankaragücü” klubunun prezidenti Faruk Koca Türkiyə Superliqasında “Rizəspor”la XV tur matçından sonra meydana çıxaraq baş hakim Umut Melerin sifətinə zərbə endirib.
Msport.az yerli mətbuata istinadən xəbər verir ki, referi qazona yıxılıb və daha bir neçə zərbə alıb.
Baş hakimin özü ayağa qalxıb. Onun sol gözünün altında qançır yaranıb.
Görüş 1:1 hesabı ilə başa çatıb. “Rizəspor” əlavə edilən 7-ci dəqiqədə hesabı bərabərləşdirib. Hazırda “Ankaragücü” 18 xalla 11-ci yerdədir. “Rizəspor” isə 22 xalla 8-ci pillədə qərarlaşıb.







