featured-image-38818

UEFA Avropa Liqasının qrup mərhələsinin III turundakı “Baçka Topola” (Serbiya) – “Frayburq” (Almaniya) qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq.

Msport.az xəbər verir ki, ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Oyunun VAR hakimləri türkiyəli Alper Ulusoy və Abdulkadir Bitigendir.

Qeyd edək ki, oktyabrın 26-da reallaşacaq görüş Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Bənzər xəbərlər