Türkiyəli qapıçı La Liqada çıxış edəcək
Türkiyə millisinin qapıçısı Altay Bayındırın yeni klubu məlum olub.
Msport.az xəbər verir ki, “Mançester Yunayted”da çıxış edən 28 yaşlı qolkiperin İspanya La Liqa təmsilçisi “Selta Viqo”ya transferi məsələsində önəmli bir irəliləyiş olub.
“Selta Viqo” ilə “Manşester Yunayted” Altay Bayındırın transferi məsələsində razılaşıblar. Tərəflər arasındakı görüşlərin müsbət nəticələndiyi və transfer prosesində rəsmi addımların atılması üçün hazırlıqların başladığı bildirilir.
“Selta Viqo”nun qapıçını icarə əsasında heyətinə qatması gözlənilir. İspaniya klubu ilə Altay Bayındır tərəfinin də razılaşdığı qeyd olunur.







