Türkiyənin 3 “böyük” klubunda oynamış hücumçu Səudiyyə Ərəbistanında
Türkiyənin 3 “böyük” klubunun şərəfini qorumuş Mişi Batşuayi karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Msport.az xəbər verir ki, belçikalı hücumçu “Abha” klubu ilə müqavilə bağlayıb.
32 yaşlı futbolçu son olaraq “Ayntraxt Frankfurt”un formasını geyinib.
Qeyd eədk ki, hücumçu Türkiyədə “Beşiktaş”, “Fənərbağça” və “Qalatasaray”da çıxış edib.







