Türkiyənin rəqibinin oyunçusu zədələndi
Paraqvay millisinin futbolçusu Xulio Ensio Nikaraqua ilə yoldaşlıq oyununda (4:0) zədələnib.
Msport.az xəbər verir ki, 22 yaşlı hücumçu bu səbəbdən 25-ci dəqiqədə göz yaşları ilə meydanı tərk edib.
“Strasburq”un forvardı ikili mübarizə zamanı zədə alıb və görüşü davam etdirə bilməyib.
Millinin baş məşqçisi Qustavo Alfaro bildirib ki, Ensio tibbi müayinədən keçdikdən sonra onun dəqiq nə zaman qayıdacağını bilmək olar.
Paraqvay yığması D qrupunda Avstraliya, ABŞ və Türkiyə ilə mübarizə aparacaq.







