featured-image-65183

Bu gün Azərbaycan Premyer Liqasında 35-ci tura yekun vurulacaq.

Msport.az xəbər verir ki, son gündə 2 oyun keçiriləcək.

Əvvəlcə “Neftçi” doğma meydanında “Səbail”i qəbul edəcək. “Ağ-qaralar”ın avrokubok şansı qalmadığından və qəsəbə təmsilçisinin elitanı tərk edəcəyi dəqiqləşdiyindən, matçın heç bir əhəmiyyəti qalmayıb.

Bu sözlər turun bağlanış oyununa da aiddir. “Kəpəz”i qəbul edəcək “Qarabağ” çempionluğu rəsmiləşdiribsə, gəncəlilər də Premyer Liqadakı yerini təmin edib. Sadəcə, bu görüşdən sonra ağdamlılara çempionluq kuboku təqdim olunacaq.

Qeyd edək ki, turun ilk 3 oyunu dünən keçirilib.

 

Premyer Liqa

35-ci tur

18 may (bazar)

 

17:00. “Neftçi” – “Səbail”

Hakimlər: Nicat İsmayıllı, Zeynal Zeynalov, Şirmamed Mamedov, Emin Əliyev

VAR: Cavid Cəlilov

AVAR: Elvin Bayramov

Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi: Elman Musayev

“Neftçi Arena”

 

19:00. “Qarabağ” – “Kəpəz”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rəhman İmami, Rauf Cabarov

VAR: Rəşad Əhmədov

AVAR: Əli Əliyev

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Elgiz Abbasov

“Azersun Arena”

Bənzər xəbərlər