Tuxel hakimdən narazı qaldı - Sayılmayan qola görə
“Çelsi”nin baş məşqçisi Tomas Tuxel “Real Madrid”ə əlavə vaxtda 2:3 hesabı ilə uduzduqları matçdan sonra oyununu idarə edən Şimon Marçinyakı tənqid edib.
Msport.az xəbər verir ki, almaniyalı mütəxəssis “Çelsi”nin hesaba alınmayan qolu ilə bağlı polşalı referinin qərarından narazı qaldığını bildirib.
63-cü dəqiqədə London klubu 3-cü qolu vurub, lakin VAR Markos Alonsonun əllə oynadığını əsas gətirərək qolu hesaba almayıb.
Tuxel Marçinyakın həmin epizodu izləmədiyi üçün qəzəblənib: “Həm də onun Karlo Ançelotti ilə nə qədər yaxşı vaxt keçirməsindən məyus oldum. Hakimin oyundan sonra rəqib baş məşqçi ilə birlikdə gülümsədiyini və yüksək səslə güldüyünü gördüm. Düşünürəm ki, bu, doğru davranış deyil”.
Qeyd edək ki, Londonda “Çelsi”ni 3:1 hesabı ilə məğlub edən “Real Madrid” yarımfinala yüksəlib.