U-14 Liqasında dava
AFFA U-14 Liqasında keçirilmiş “İrəvan” – “Xocalı” oyununu başa çatandan sonra futbolçular arasında dava düşüb.
Msport.az xəbər verir ki, “İrəvan”ın futbolçusu Vüqar Cəfərov rəqibə əl ilə zərbə endirdiyi üçün qırmızı vərəqə alıb. O, 4 oyunluq cəzalanıb.
“Xocalı”nın oyunçusu İlkin Əbilli də rəqibinə əli ilə zərbə endirib və qarşıdakı 4 matçda komandasına kömək edə bilməyəcək.
Bundan əlavə, “Xocalı”nın köməkçi məşqçisi Hacı Qasımov texniki zona qaydalarını pozaraq meydana daxil olduğu olaraq hakimə kəskin etiraz etdiyi üçün qırmızı vərəqə görüb və iki oyunluq cəza ilə üzləşib.