featured-image-71917

15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA İnkişaf Turnirində bu gün ikinci oyuna çıxacaq.

Msport.az xəbər verir ki, Aqil Nəbiyevin rəhbərlik etdiyi kpllektiv Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Kişinyovda yerləşən Moldova Futbol Federasiyasının Texniki Mərkəzində keçiriləcək görüş Bakı vaxtı ilə saat 12:00-da başlanacaq.

Xatırladaq ki, komandamız ilk oyunda Monteneqroya 0:1 hesabı ilə məğlub olub.

Bənzər xəbərlər