U-17-nin yekun heyəti və oyunlarının təqvimi açıqlandı
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin yekun heyəti müəyyənləşib.
Msport.az xəbər verir ki, U-17-nin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Fransa, İsrail və Rumıniya yığmalarına qarşı keçirəcəyi oyunlar üçün heyətində 20 futbolçu saxlanılıb.
Qeyd edək ki, 9-cu qrupda yer alan komandamız oktyabrın 8-də Fransa, 11-də İsrail, 14-də isə Rumıniya seçməsi ilə qarşılaşacaq. Qrupun bütün oyunları Fransada keçiriləcək.
U-17-yə çağırılan futbolçular: Rauf Əyyubov, Toğrul Mehdizadə, Rəşad Gülüşov, Nihad Hüseynzadə, Nihad Cəfərzadə, Samir Şərifov, Nicat Kərimov (hamısı “Sabah”), Kamil Həsənov, Səttar Tahirzadə, Əli Kiçibəyov, Abbas Zeynalov, Adnan Bunyatov, Pünhan Kərimov (hamısı “Marcet”, İspaniya), Kəmaləddin Cəfərli, Uğur Qurbanlı, Amin Rzayev, Onur Əliyev, Əli Bəşirov (hamısı “Qarabağ”), Nurəziz Əzizov (“Neftçi”), İsmayıl Rzayev (“Şəfa”).
Millinin oyunlarının təqvimi:
8 oktyabr
Fransa (U-17) – Azərbaycan (U-17)
“Bourret” stadionu, Kapbreton. Saat 17:00
Baş hakim: Marius Hansen Qrotta (Norveç)
Baş hakimin köməkçiləri: Henrik Pettersen Sunde (Norveç), Xrvoye Radiç (Xorvatiya)
Dördüncü hakim: Mateo Erceq (Xorvatiya)
11 oktyabr
İsrail (U-17) – Azərbaycan (U-17)
“Park de Sport” stadionu, Sen-Pol-le-Daks. Saat 20:00
Baş hakim: Marius Hansen Qrotta (Norveç)
Baş hakimin köməkçiləri: Henrik Pettersen Sunde (Norveç), Nikolya Durand (Fransa)
Dördüncü hakim: Gillaume Paradis (Fransa)
14 oktyabr
Azərbaycan (U-17) – Rumıniya (U-17)
“Bourret” stadionu, Kapbreton. Saat 17:00
Baş hakim: Mateo Erceq (Xorvatiya)
Baş hakimin köməkçiləri: Xrvoye Radiç (Xorvatiya), Nikolya Durand (Fransa)
Dördüncü hakim: Gillaume Paradis (Fransa)