featured-image-70581

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ikinci oyununa çıxacaq.

Msport.az xəbər verir ki, 9-cu qrupda yer alan yığmamız Fransanın Sen-Pol-le-Daks şəhərində İsrailin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

“Park de Sport” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Qarşılaşmanı Norveç və Fransadan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, U-17 ilk oyunda Fransaya 0:8 hesabı ilə məğlub olmuşdu.
11 oktyabr
İsrail (U-17) – Azərbaycan (U-17)
“Park de Sport” stadionu, Sen-Pol-le-Daks. Saat 20:00
Baş hakim: Marius Hansen Qrotta (Norveç)
Baş hakimin köməkçiləri: Henrik Pettersen Sunde (Norveç), Nikolya Durand (Fransa)
Dördüncü hakim: Gillaume Paradis (Fransa)

Bənzər xəbərlər