U-19 bu gün növbəti oyununa çıxır
19 yaşlılaradan ibartə milli komandamız bugün Avropa çempionatının seçmə mərhələsində 2-ci oyununa çıxacaq.
Msport.az xəbər verir ki, Elxan Abdullayevin rəhbərlik etdiyi kollektiv Şimali İrlandiya ilə görüşəcək.
Maltanın Ta Qali şəhərindəki “Sentenari” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 17:30-da başlayacaq. Oyunu qazaxıstanlı Sayat Karabayev idarə edəcək.
Qeyd edək ki, komanamız ilk matçda Çexiyaya böyük hesabla uduzub – 1:6.







