featured-image-70370

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası 5-6 oktyabrda Bakıda, 6-12 oktyabrda isə Özbəkistanın paytaxtı Daşkənddə təlim-məşq toplanışında olacaq.

Msport.az xəbər verir ki, U-19 millimiz Daşkənd toplanışı zamanı oktyabrın 9-da və 12-də Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək.

U-19-a dəvət edilən futbolçular bunlardır: Rəşad Alışov, Cavid Məlikov, Məsud Əlişanlı, Əli Qazibəyov, Eltun Babazadə, Şahismayıl Cəfərov, Mehdi Mütəllimli, Murad Məmmədov, Əhməd Vəliyev, Əliəkbər Rzazadə (hamısı “Qarabağ”), Seydi Danzıyev, Həzrət Səmədov, Anar Hüseynov (hamısı “Sabah”), Həbib Hüşənov, Ziya Şəkərxanov (hər ikisi “Qəbələ”), Ayxan Abbaszadə, Məhəmmədəli Məmmədov (hər ikisi “Turan Tovuz “), Vüsal Paşayev, Nihad Orucəli (hər ikisi “Sumqayır”), Əhliman Süleymanzadə, Rauf Qafarov (“Zirə”), Tuncay Əhmədov (“Marcet”, İspaniya), Ömər Nəsibov (“Neftçi”).

Bənzər xəbərlər