featured-image-71840

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün son oyununa çıxacaq.

Msport.az xəbər verir ki, 13-cü qrupda yer alan millimiz Maltanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Maltanın Ta Qali şəhərində yerləşən “Centenary” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 14:00-da başlanacaq. Qarşılaşmanı Finlandiya və Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, U-19 qrupda keçirdiyi ilk iki oyunda Çexiya (1:6) və Şimali İrlandiyaya (0:1) uduzub.

 

18 noyabr

14:00. Azərbaycan (U-19) – Malta (U-19)

Hakimlər: Oliver Reitala, Olli Yantunen (hər ikisi Finlandiya), Aleksey Dolqix, Sayat Karabayev (hər ikisi Qazaxıstan)

“Centenary” stadionu

Bənzər xəbərlər