featured-image-70732

Çilidə keçirilən U-20 dünya çempionatında finalçılardan biri məlum olub. Msport.az xəbər verir ki, yarımfinalda Mərakeş və Fransa milliləri qarşılaşıb.

Oyunun əsas vaxtı 1:1 hesabı ilə heç-heçə başa çatıb. Oyunsonrası penalti zərbələrini daha dəqiq yerinə yetirən (5:4) şimali afrikalılar finala vəsiqə qazanıblar.

Mərakeşin həlledici görüşdəki rəqibi Argentina olacaq. Final matçı oktyabrın 20-də keçiriləcək.

Qeyd edək ki, Mərakeş-Fransa qarşılaşmasında “çellenc vərəqəsi”ndən istifadə olunub.

Mərakeş komandasının baş məşqşisi Məhəmməd Uabi 72-ci dəqiqədə vərəqəni aktivləşdirib. FİFA-nın yeni qaydalarına əsasən, məşqçi hakimdən VAR-a baxmasını istəyib.

media-17605867531715767302

 

Bənzər xəbərlər