U-21 Çexiya səfərində
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxacaq.
Msport.az xəbər verir ki, Rəşad Eyubovun rəhbərlik etdiyi kollektiv səfərdə Çexiya yığması ilə üz-üzə gələcək.
Karvina şəhər stadionunda, keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. şimali makedoniyalı FIFA referisi Yovan Kaçevski idarə edəcək.
Hazırda B qrupunda Portuqaliya millisi 6 xalla liderdir. Eyni xala malik Çexiya ikinci pillədə qərarlaşıb. Bolqarıstan 4 xalla üçüncü, Şotlandiya 3 xalla dördüncüdür. 1 xala malik Azərbaycan beşinci, xalı olmayan Cəbəllütariq isə sonuncu pillədədir.
Qeyd edək ki, U-21 seçmə mərhələdə daha əvvəl keçirdiyi görüşlərdə səfərdə Portuqaliya yığmasına 0:5 hesabı ilə məğlub olub, Bakıda Bolqarıstanla heç-heçə edib – 1:1.