featured-image-70431

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Çexiya (U-21) – Azərbaycan (U-21) oyununa hakim təyinatları açıqlanıb.

Msport.az xəbər verir ki, qarşılaşmanı Şimali Makedoniyadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Yovan Kaçevski olacaq. Ona Daniel Vasilevski və Aleksandar Gyorgyeski köməklik göstərəcəklər. Matçın dördüncü hakim Krumislav Gyorgiev olacaq.

Qeyd edək ki, oktyabrın 10-da Karvina şəhər stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Bənzər xəbərlər