featured-image-70368

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Çexiya və Şotlandiya yığmalarına qarşı keçiriləcək oyunlar üçün heyəti müəyyənləşib.

Msport.az xəbər verir ki, millimiz oktyabrın 10-da səfərdə Çexiya, 14-də isə evdə Şotlandiya seçməsi ilə qarşılaşacaq.

 

U-21-in heyəti: Rəvan Mirzəmmədov, Elgün Dünyamalıyev, Şahin İbrahimov, Xəyal Əliyev (hamısı “Sabah”), Xəyal Fərzullayev, Nihad Əhmədzadə, Nadir Orucov (hamısı “Sumqayıt”), Səlim Həşimov, Sənan Muradlı, Rüfət Abbasov, Emil Süleymanov, Oruc Məmmədov (hamısı “Şamaxı”), İbrahim Ramazanov (“Turan Tovuz”), Raul Məmmədov, Sadiq Şəfiyev (hər ikisi “Kəpəz”), Emin Rüstəmov, Fəxri Məmmədli (hər ikisi “Səbail”), Əkbər Eyubov (“Zirə”), Eşqin Əhmədov, Şahin Şahniyarov (hər ikisi “Qəbələ”), Hikmət Cəbrayılzadə (“Qarabağ”), Murad Məmmədov, Ağadadaş Salyanskiy (hər ikisi “Neftçi”), Nahid Əliyev (“Şəfa”).

 

Oyunların təqvimi:

10 oktyabr

20:00. Çexiya (U-21) – Azərbaycan (U-21)

Karvina şəhər stadionu

 

14 oktyabr

19:00. Azərbaycan (U-21) – Şotlandiya (U-21)

Bakı, “Dalğa Arena”

Bənzər xəbərlər