U-21 millimizin ilkin heyəti açıqlandı
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin mayın 26-da başlayacaq təlim-məşq toplanışı üçün ilkin heyəti müəyyənləşib.
Msport.az xəbər verir ki, U-21-in baş məşqçisi Ayxan Abbasov 30 futbolçuya dəvət göndərib.
“Sabah”ın üzvü Elgün Dünyamalıyev mayın 31-də keçiriləcək Azərbaycan kubokunun final oyunundan sonra millinin düşərgəsinə qoşulacaq.
Komandamızın Belarus və Monteneqro yığmalarına qarşı keçiriləcək yoldaşlıq görüşləri üçün yekun heyəti mayın 31-də məlum olacaq.
Qeyd edək ki, U-21 millimiz toplanış çərçivəsində iyunun 4-də Minskdə yerləşən Baranoviçi şəhər stadionunda Belarusun, iyunun 8-də isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
| Adı / Soyadı | Klubu | |
| 1 | Rəvan Mirzəmmədov | Sabah |
| 2 | Xəyal Fərzullayev | Sumqayıt |
| 3 | Həbib Hüşənov | Qəbələ |
| 4 | Səlim Həşimov | Zirə |
| 5 | Elgün Dünyamalıyev | Sabah |
| 6 | Raul Məmmədov | Mingəçevir |
| 7 | Nadir Orucov | Sumqayıt |
| 8 | Amin Rzayev | Qarabağ |
| 9 | İbrahim Ramazanov | Qəbələ |
| 10 | Ayxan Süleymanlı | Sumqayıt |
| 11 | Emin Rüstəmov | Səbail |
| 12 | Sənan Muradlı | Sumqayıt |
| 13 | Nuğay Rəşidov | Qəbələ |
| 14 | Rüfət Abbasov | Şamaxı |
| 15 | Hikmət Cəbrayılzadə | Qarabağ |
| 16 | İbrahim Hacı | Qarabağ |
| 17 | Dinamin Bağırov | Turan Tovuz |
| 18 | Elcan Əbilov | Neftçi |
| 19 | Şahin İbrahimov | Sabah |
| 20 | Murad Məmmədov | Neftçi |
| 21 | Nihad Əhmədzadə | Sumqayıt |
| 22 | Həsən Nəzərli | Ankaragücü (Türkiyə) |
| 23 | Edqar Adilxanov | Şamaxı |
| 24 | Emil Süleymanov | Qəbələ |
| 25 | Oruc Məmmədov | Səbail |
| 26 | Elcat Məmmədov | Baltika (Rusiya) |
| 27 | Sadiq Baqiyev | SKA Xabarovsk (Rusiya) |
| 28 | Sadiq Şəfiyev | Kəpəz |
| 29 | Nihat Mehrəliyev | Qarabağ |
| 30 | Ağadadaş Salyanskiy | Neftçi |







