featured-image-70663

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununu keçirəcək.

Msport.az xəbər verir ki, Rəşad Eyyubovun rəhbərlik etdiyi millimiz Bakıda Şotlandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

“Dalğa Arena”da keçiriləcək görüş saat 19:00-da başlayacaq. Matçı Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, millimiz bunadək səfərdə Portuqaliya və Çexiyaya eyni hesabla –  0:5 uduzub, Bakıda Bolqarıstanla 1:1 hesablı heç-heçə edib.

14 oktyabr

19:00.Azərbaycan (U-21) – Şotlandiya (U-21)
Baş hakim: Sayat Karabayev
“Dalğa Arena”

20:00. Bolqarıstan (U-21) – Çexiya (U-21)

Bənzər xəbərlər