featured-image-6589

UEFA Moldovanın “Şerif” klubuna qadağa qoyub. Msport.az xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb.

Qərara əsasən, “Şerif” Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Zrinski” (Bosniya və Hersoqovina) ilə ev oyununu Tiraspol şəhərində keçirə bilməyəcək. Bu qadağa növbəti qərar açıqlanana qədər qüvvədə olacaq.

Həmin oyun iyulun 13-də, cavab matçları çərçivəsində keçirilməlidir.

UEFA bölgədəki təhlükəli vəziyyətlə (Rusiyanın Ukraynaya hücumu) əlaqədar bu qərarı verib. “Şerif”ə ev oyunlarını alternativ şəhərlərdə keçirmək təklif olunub.

Tiraspol şəhəri hazırda müharibənin davam etdiyi Ukrayna ilə sərhəddə yerləşir.

Bənzər xəbərlər