featured-image-80891

UEFA FİFA-nın yeni layihəsinə qarşı boykotu müzakirə edir.

Msport.az xəbər verir ki, UEFA bu həftə 55 üzv assosiasiyanın iştirakı ilə təcili onlayn iclas keçirəcək.

İclasda FİFA-nın yeni kommersiya layihəsinə qarşı mümkün addımlar, o cümlədən gələcək dünya çempionatlarının boykotu müzakirə olunacaq.

Bildirilir ki, FİFA prezidenti Canni İnfantino dünya çempionatları da daxil olmaqla əsas turnirlərin kommersiya fəaliyyətini idarə edəcək FIFA Forward Enterprise (FFE) adlı yeni qurum yaratmaq istəyir. Layihənin ilkin dəyəri 20 milyard dollar qiymətləndirilir və FİFA ilin sonunadək səhmlərin bir hissəsinin satışından 4,2 milyard dollar cəlb etməyi planlaşdırır.

UEFA isə bu təşəbbüsə sərt etiraz edib: “Futbolun ruhu və idarəçiliyi alınıb-satılan aktiv deyil. FİFA-nın futbolu satmağa haqqı yoxdur”.

UEFA-nın əsas təzyiq vasitəsi dünya çempionatını boykot etməkdir. Xatırladılıb ki, 2021-ci ildə də UEFA-nın sərt mövqeyi FİFA-nı mundialın iki ildən bir keçirilməsi planından imtina etməyə məcbur etmişdi.

Bənzər xəbərlər