featured-image-80824

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Beynəlxalq Futbol Federasiyasının (FIFA) dünya çempionatındakı kommersiya hüquqlarının bir hissəsinin özəl investorlara satılması ehtimalını pisləyib.

Msport.az xəbər verir ki, təşkilat “X” sosial şəbəkəsindəki səhifəsində bəyanat yayıb.

Məlumatda ittifaq dünya çempionatında payın satılması planları barədə yayılan xəbərləri futbolun rəhbər orqanlarının heç vaxt keçməməli olduğu “qırmızı xəttin keçilməsi” adlandırıb. UEFA təkcə milli assosiasiyaları deyil, eyni zamanda, liqaları, klubları, oyunçuları, azarkeşləri, hökumətləri və bütün maraqlı tərəfləri vəziyyətə son dərəcə ciddi yanaşmağa çağırıb.

Bəyanatda vurğulanıb ki, xüsusilə də sövdələşmədən kimin maliyyə faydası əldə edəcəyi ilə bağlı şəffaflığın olmadığı bir vaxtda “futbolun ruhu və idarəetmə sistemi dəyişdirilə bilən əmtəə deyil”. İttifaq əlavə edib ki, heç bir orqan “futbolun sahibi deyil” və FIFA-nın onu satmaq hüququ yoxdur.

Daha əvvəl “The Telegraph” nəşri xəbər vermişdi ki, FIFA prezidenti Canni İnfantino dünya çempionatındakı payın özəl investorlara satılmasını nəzərdən keçirir.

Bənzər xəbərlər