UEFA Gənclər Liqasının qalibi müəyyənləşdi
UEFA Gənclər Liqasında bu mövsümün qalibi müəyyənləşib.
Msport.az xəbər verir ki, final oyununda “Zalsburq”un U-19 komandası ilə”Benfika”nın U-19 komandası qarşılaşıb. Nyon şəhərindəki (İsveçrə) “Kolovray” stadionunda keçirilən oyunda Portuqaliya klubu 6:0 hesabı ilə qalib gəlib.
“Zalsburq U-19” – “Benfika U-19” – 0:6
Qollar: Netu, 2, Arauju, 15, 58, 89-pen, Ndur, 53, Semedu, 69
Beləliklə, “Benfika U-19” UEFA Gənclər Liqasının 2021/2022 mövsümünün qalibi olub.
Xatırladaq ki, UEFA Gənclər Liqasında bu möcsüm ölkəmizi “Qəbələ”nin U-19 komandası təmsil etmişdi. Təmsilçimiz 1-ci turda “Alkmaar”ın (Niderland) U-19 komandasına uduzaraq (0:7, 0:4) turnirdə mübarizəni dayandırmışdı.