UEFA Lukas Ernandesi cəzalandırdı
UEFA PSJ-nin futbolçusu Lukas Ernandesin cəzasını açıqlayıb.
Msport.az xəbər verir ki, V turun “Tottenhem”lə görüşündə qırmızı vərəqə alan müdafiəçi komandanın növbəti 3 avrokubok matçını buraxacaq.
O, “Atletik” (10 dekabr), “Sportinq” (20 yanvar) və “Nyukasl”la (28 yanvar) oyunlarda meydanda olmayacaq. “Atletik Bilbao” – PSJ matçı sabah keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Qeyd edək ki, Lukas noyabrın 26- da “Tottenhem”ə 5:3 hesabı ilə qalib gəldikləri oyunda Xavi Simonsla dirsəklə vuraraq qırmızı vərəqə alıb.







