UEFA maliyyə feyr-pley qaydalarını dəyişdi
UEFA İcraiyyə Komitəsi maliyyə feyr-pleyi qaydalarına dəyişikliyi təsdiqləyib.
Msport.az xəbər verir ki, yeniliyə əsasən, gələcəkdə klublar transferlərə, maaşlara və məsləhət haqlarına ümumi gəlirin maksimum 70 faizini xərcləyə biləcəklər.
Həmçinin tez-tez tənqid olunan “maliyyə feyr-pleyi” ifadəsi bu ilin iyunundan “maliyyə davamlılığı” müddəası ilə əvəz olunacaq.