UEFA prezidenti dünya çempionatının finalını boykot edib
UEFA prezidenti Aleksander Çeferinin DÇ-2026-nın finalına gəlməməsinin səbəbi məlum olub.
Msport.az “The Times”a istinadən xəbər verir ki, avropali funksioner ABŞ millisinin üzvü Falorin Baloquna göstərilən qırmızı vərəqənin ləğv olunmasına görə finala getməkdən imtina edib.
ABŞ prezidenti Donald Tramp FİFA-nın rəhbəri Canni İnfantinoya müraciət etdikdən sonra Baloqunun cəzası ləğv olunmuş və o, Belçika ilə 1\4 final matçına çıxmışdı.
İnfantino ilə Çeferinin münasibətlərinin çox gərgin olduğu deyilir. UEFA prezidenti FİFA-nın mundialda komanda sayının artırılması ideyasını da dəstəkləməyib. Bundan başqa, UEFA dünya çempionatındakı qiymət siyasətindən də narazı olub.







