featured-image-72002

Qarabağ”ın səfərdə “Napoli” ilə keçiriləcək UEFA Çempionlar Liqasının liqa mərhələsinin V turunun oyununa hakim təyinatları açıqlanıb.

Msport az xəbər verir ki, Dieqo Armando Maradona adına stadionda keçiriləcək matçı Polşadan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Şimon Marçinyak olacaq.

Ona Tomaş Listkeviçlə Adam Kupsik kömək edəcəklər. Dördüncü hakim funksiyasını Voyçex Miç yerinə yetirəcək.

VAR-da niderlandlı Pol van Bokel, AVAR-da isə xorvatiyalı İvan Bebek olacaq.

Qeyd edək ki, “Napoli” – “Qarabağ” oyunu noyabrın 25-də keçiriləcək

Bənzər xəbərlər