featured-image-5553

Ukraynalı jurnalist İrina Kozyupa Ermənistan millisinin baş məşqçisi Xoakin Kaparrosun mətbuat konfransında niyə onun sualına cavab verməməsindən danışıb. Msport.az xəbər verir ki, media nümayəndəsi sosial şəbəkədə bu barədə paylaşım edib:

“Xoakin Kaparrosun oyundan sonrakı mətbuat konfransında bu barədə soruşmaya bilməzdim: Bu oyun Ukraynda keçirilməli idi, lakin Rusiyanın fevralın 24-də başladığı müharibəyə görə yığmalar bu gün Polşada qarşılaşırlar. Siz Ukrayna yığmasına və Ukrayna xalqına nə demək istərdiniz? Ermənistan millisi bu matçda heç cür Ukraynaya dəstək mesajı vermədi”.

Həmin vaxt tərcüməçi dedi ki, bu futbol oyunudur, siyasət deyil və məşqçi bu suala cavab verməyəcək. Sualı heç ona tərcümə də etmədilər. Kaparros yalnız “Sorri” dedi.

Qeyd edək ki, Ukrayna Millətlər Liqası çərçivəsində Ermənistan üzərində 3:0 hesabı ilə qələbə qazanıb.

Bənzər xəbərlər