featured-image-6150

Ukrayna klublarının yeni mövsümdə avrokubok matçlarını harada keçirəcəkləri bəlli olub.

Msport.az yerli mətbuata istinadən xəbər verir ki, komandalar rəqiblərini Polşada qəbul edəcəklər.

Ukraynanın Çempionlar Liqasındakı təmsilçiləri –  “Şaxtyor” ev matçlarıını paytaxt Varşavada, Kiyev “Dinamo”su isə Vrotslav şəhərində keçirəcək.

UEFA Konfrans Liqasında mübarizə aparacaq “Zarya” və “Vorskla” Lodz şəhərini seçiblər. Avropa Liqasına vəsiqə qazanan “Dnepr” hələ ki seçim etməyib.

Qeyd edək ki, Ukrayna yığmaları və klubları ölkədəki müharibə səbəbindən beynəlxalq arenadakı ev oyunlarını neytral meydanda keçirirlər.

Bənzər xəbərlər