Ukrayna millisinin baş məşqçisi postuna əsas namizəd
Ukrayna millisində baş məşqçi vəzifəsinə əsas namizəd müəyyənləşib.
Msport.az xəbər verir ki, bu, Miron Markeviçdir.
Yaxın gələcəkdə yığmanın yeni baş məşqçisi ilə bağlı qərar verilə bilər və 75 yaşlı mütəxəssis hazırda ən yaxşı seçim hesab edilir.
Son olaraq “Karpati”da işləyən M.Markeviç 2010-cu ildə 4 matçda Ukrayna millisinin baş məşqçisi olub.
Qeyd edək ki, Ukrayna Futbol Assosiasiyası aprelin 22-də Sergey Rebrovla vidalaşıb.







