featured-image-70214

Ukrayna yığmasına DÇ-2026-nın seçmə mərhələsində İslandiya və Azərbaycanla oyunlar üçün iki yeni futbolçu çağırılacaq.

Msport.az xəbər verir ki, baş məşqçi Sergey Rebrov iki oyunçunu yenidən yığmaya qaytarmaq qərarına gəlib.

Bunlar “Cenoa”dan Ruslan Malinovski və Kiyev “Dinamo”dan Vladimir Braykodur. Bu mövsüm yaxşı formada olan hər iki yarımmüdafiəçinin qarşıdakı matçlara dəvət alması gözlənilir.

Ruslan Malinovski sonuncu dəfə ötən ilin sentyabrında, Vladimir Brayko isə noyabrında milliyə çağırılıb.

Qeyd edək ki, Ukrayna yığması oktyabrın 10-da İslandiya, 13-də isə Azərbaycan millisi ilə qarşılaşacaq.

Bənzər xəbərlər