Ukraynada milliimizlə oyunöncəsində itki
Ukrayna millisinin heyətində daha bir itki baş verib. Msport.az xəbər verir ki, DÇ-2026-nın seçmə mərhələsinin İslandiya ilə oyununda (5:3) zədələnən Giorgi Sudakov yığmanın düşərgəsini tərk edib.
23 yaşlı futbolçu sabah millimizlə Krakovda keçiriləcək oyunda heyətdə olmayacaq. “Benfika”nın futbolçusu bu haqda sosial şəbəkədə paylaşım edib.
Qeyd edək ki, Ukrayna-Azərbaycan matçı sabah Bakı vaxtı ilə 22:45-də start götürəcək.