Ukraynalı qapıçı Premyer Liqa klubunun gündəmində
“Real”da çıxış edən ukraynalı qapıçı Andrey Lunin karyerasını İngiltərədə davam etdirə bilər.
Msport.az xəbər verir ki, “Aston Villa” 26 qolkiperlə maraqlanır.
Premyer Liqa komandası onu argentinalı dünya çempionu Emiliano Martinesin potensial əvəzləyicisi hesab edir. Madrid klubu Lunin üçün 25-30 milyon avro istəyir.
Qeyd edək ki, 2018-ci ildə “Real”a keçən ukraynalı qapıçı cari mövsüm heyətə düşməkdə çətinlik çəkir.